Bakının Hava Limanı - Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Toyota Prado” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və aşıb. Nəticədə sürücü yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.