Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi vaş verib. Bu haqda Bakuplus.az 14 iyul tarixində Avtosfer-ə istinadən məlumat verir.
Hadisə Aeroport yolunda baş verib. “Toyota Prado” və “Toyota Camry” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.