Bakının Yasamal rayonu, 1-ci Alatava küçəsində avqustun 8-də axşam saatlarında qonşular arasında dava olub, yaralanan var. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Münaqişə 54 yaşlı Mirəli Bəhrəmov və qonşusu, 52 yaşlı Ədalət Həmidov arasında yaranıb. Dava zamanı sonuncuya kəsici alətlə xəsarət yetirilib. Bəhrəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar arasında münaqişənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Faktla bağlı “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.