Bakının Yasamal rayonu, 2-ci Alatava yaşayış sahəsində quldurluqda şübhəli bilinən yeniyetmələr saxlanılıblar. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Noyabrın 6-da yeniyetmənin pulu və elektron saatı quldurluq yolu ilə talanıb. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməldə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.