Bakı Ağır Cinayətlər Məhkəməsində ana və azyaşlını zorlayan iki nəfər barəsində hökm oxunub. Bu haqda bu gün, 10 mart tarixində Qazfqazinfo-ya istinadən Bakuplus.az məlumat verib.
İclas hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib. Uşağın anası 15 il müddətinə, digər iki nəfər isə hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Oxunan ittihama əsasən, 2010-cu il təvəllüdlü (hadisə baş verən anda 8 yaşı olan) qız anası tərəfindən 100 manat müqabilində işlədiyi kafenin sahibinə cinsi istismara məruz qalması üçün verilib. Nəticədə həmin kişi azyaşlı qızı avtomobildə zorlayıb.
Həmçinin qız anası ilə birlikdə bir nəfərin evində kirayədə yaşayan zaman qadın övladının ev sahibi tərəfindən zorlanmasına şərait yaradıb.