Ankara-Bakı reysi ilə uçan təyyarədə ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Türkiyədən Azərbaycana uçan təyyarə havada olan zaman göyərtəsindəki sərnişin, Sumqayıt şəhər sakini 56 yaşlı Qəzənfər Məmmədov dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.