Nəsimi rayonunda iki minik avtomobili toqquşub. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə rayonun Səməd Vurğun və Hənifə Ələsgərov küçələrinin kəsişməsində qeydə alınıb. Avtomobil işiqforun qırmızı işığında hərəkəti davam etdirərək qəza törədib. Nəticədə digər nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək avtomobilini aşırıb.
Hadisə zamanı hər 2 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2023/07/video_2023-07-27_09-53-34.mp4"][/video]