Bakının Nəsimi rayonunda axtarışda olan kişi saxlanılıb. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, mayın 30-da rayon ərazisində “İsuzu” markalı bir avtomobildən pul və mobil telefon oğurlanıb. Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Yadigar Nəsirov saxlanılıb.
Araşdırma zamanı onun “Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma” maddəsi ilə axtarışda olduğu müəyyən olunub.