Bakıda axtarışda olan şəxs tutulub. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Saray qəsəbə sakini Natiq Zeynalov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmişdi. Nəticədə o, Bakı İstintaq təcridxanasının qarşısında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.