Nəsimi rayonunda təmir işləri aparılır. Bu haqda 4 iyul tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Azadlıq prospekti boyunca avtomobil yolunda yenidənqurma işləri aparılır. Ərazidə piyadalar üçün nəzərdə tutulan səkilər bərpa olunur, köhnə daşlar sökülərək yeni səki daşları ilə əvəz edilir. Bundan əlavə, yeni bordürlər düzülərək tamet daşları vurulur.
Nəsimi rayonunda təmirə ehtiyacı olan küçələrdə yenidənqurma işləri davam etdirilir.
[caption id="attachment_50986" align="alignnone" width="1024"]
Nəsimi RİH[/caption]