Bu gün, 3 fevral saat 10:00 radələrində Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Bakuplus.az məlumat verir.
Hadisə Azneft dairəsində baş verib. Eyni istiqamətdə hərəkət edən iki “Toyota” markalı minik avtomobilləri toqquşub. Avtomobillərdə olan şəxslər xəsarət almayıb. Nəqliyyat vasitələrinə isə ciddi maddi ziyan dəyib.
Daha öncə, 13 yanvar tarixində Azneft dairəsində hərəkətdə olan “Mercedes” markalı yük avtomobili “Chevrolet” markalı avtomobilə çırpılmışdır.
[caption id="attachment_32034" align="alignnone" width="968"]
Foto Bakuplus.az[/caption]