Bakıda azyaşlı qızına təcavüz etməkdə təqsirli bilinən Elvin Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda bu gün, 11 aprel tarixində Ölkə.az məlumat verib.
Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası aprelin 25-nə təyin edilib.
Bakı şəhər sakini Elvin Vəliyevin azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etməsi barədə hüquq-mühafizə orqanlarına müraciət daxil olub. O, "On dörd yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq hərəkətləri etmək" maddəsi ilə ittiham olunub.