Suraxanı rayonunda narkotacir saxlanılıb. Bu haqda 25 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bülbülə qəsəbəsində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.Məhərrəmov saxlanılıb. Onun üzərində 12 qrama yaxın heroin, 89 qramdan artıq metamfetamin və elektron tərəzi aşkar edilib. Yaşadığı evindən isə 1 kiloqram 88 qrama yaxın heroin və elektron tərəzi tapılıb.
Faktla bağlı araşdırma davam edir.