Paytaxtın Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
“Kia” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olan zaman yağış səbəbindən idarəetmədən çıxıb və yol ayırıcısındakı dirəyə çarpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[video width="700" height="722" mp4="https://bakuplus.az/storage/photos/2023/04/339317874_1183282309007276_3472901250243807187_n.mp4"][/video]