Bakının Xətai rayonu, Babək prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 31 mart tarixində Report məlumat verib.
İki avtomobilin toqquşması nəticəsində 2022-ci il təvəllüdlü D.Ağazadə xəsarət alıb. Körpə təcili tibbi yardımın köməkliyi ilə qapalı kəllə-beyin travması və baş-beyinin əziyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.