Paytaxtın Xətai rayonunun Babək prospektində yerləşən transformator məntəqəsindən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Naib Musayev adıçəkilən rayondakı transformator məntəqəsindən 2060 AZN dəyərində 2 ədəd ayırıcı və açarlar oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.