Bakının Xətai rayonu, Babək prospektində yük maşını yol qəzasına düşüb. Bu haqda bu gün, 20 aprel tarixində Report məlumat verib.
Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq işıq dirəyinə çarpılıb. Qəza nəticəsində avtomobilə və dirəyə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_97948" align="alignnone" width="640"]
Foto Report.az[/caption]