Bakının Səbail rayonu, Badamdar qəsəbəsində zəncirvari yol qəzası baş verib. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Opel” markalı avtomobil yolun kənarında parklanmış “Mercedes” markalı maşına, daha sonra isə digər nəqliyyat vasitəsinə çarpılıb.
Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_128739" align="alignnone" width="640"]
Foto APA[/caption]