Bakıda hoteldə müğənnini öldürmək istəyən şəxsə hökm oxunub. Bu haqda Report 27 yanvar tarixində xəbər verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə 2021-ci il iyulun 16-da paytaxtın Nizami rayonunda tanışı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirən Ə.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.