Bakı Aeroportunda intihara cəhd hadisəsi baş verib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Biləsuvar rayon sakini, 40 yaşlı C.Quliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında qol damarlarını kəsib. O, təcili xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırmaya başlanılıb.