Türkiyədən Bakıya gələn kişi hava limanında itkin düşüb. Bu haqda bu gün, 17 mart tarixində Lent.az məlumat verib.
Martın 15-i saat 5:00 radələrində İstanbul–Bakı reysi ilə gələn 33 yaşlı Rahib Bayramov təyyarədən düşərkən yoxa çıxıb. Həmin iddialarla Biləsuvar rayon sakini Qafar Bayramov polisə müraciət edib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.