Bakı Beynəlxalq Hava Limanında quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Elçin Orucov və Fərid Vahabov Hava Limanı ərazisində Qalib Rüstəmovu döyərək onun içərisində külli miqdarda pul olan çantasını oğurlayıblar.
Şübhəli şəxslər saxlanılıblar. Araşdırmalar davam edir.