25 yanvar saat 23:00 radələrində Bakıda sərxoş kişi dənizə düşüb. Hadisə Dənizkənarı Milli Parkın ərazisində baş verib. Bu haqda BakuPlus Report-a istinadən xəbər verir.
Sərxoş vəziyyətdə dənizə düşən Qobustan rayon sakini Ü.Nəsirov ərazidə olan polis əməkdaşları tərəfindən xilas olunub.
Hazırda Nəsirovun vəziyyəti qənaətbəxşdir.