Bakının mərkəzində maşın aşıb. Bu haqda bu gün, 1 aprel tarixində BakuPlus.az məlumat verir.
Səbail rayonu, İstiqlaliyyət küçəsi, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında “Opel” markalı minik avtomobili aşıb. Məlum olub ki, digər avtomobil 134 nömrəli məktəbin qarşısında ona yol vermədiyinə görə qəza baş verib.
Nəticədə yolda sıxlıq yaranıb. Hadisə baş verdikdən sonra sürücü yük hissəsindən çıxarılıb. O, müxtəlif xəsarətlər alıb.
Faktla bağlı araşdırma davam edir.
[caption id="attachment_39008" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]