Çimərliklərdən daha birində batmaq təhlükəsi altında olan şəxs xilas edilib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 11 iyul tarixində xəbər verir.
Ötən gün paytaxtın “Mərdəkan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Hadisəyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti müdaxilə edib.