Sabunçu rayonunda 1 nəfər batmaqdan xilas edilib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Hadisə Nardaran qəsəbəsinin qeyri-çimərlik ərazisində baş verib. Dənizdə çimən 1 nəfər batma təhlükəsi ilə üzləşib. Həmin şəxs FHN-in əməkdaşları tərəfindən xilas olunub.