Bakıda işə düzəltmək adı ilə insanları aldadan şəxs tutulub. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Rahil Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi axtardığını bildirib. Daha sonra o, həmin şəxsləri hava limanının ərazisinə çağırıb və onlardan pul alıb. Bu yolla R.Fərəcov 6 nəfərə qarşı dələduzluq edib.
Onun barəsində araşdırmalar davam edir. Rahil Fərəcov tərəfindən zərər çəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.