Bakının Nərimanov rayonunda azyaşlı piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb. Bu haqda bu gün, 30 dekabr tarixində Report məlumat verib.
10 yaşlı Ə.Hüseynov yolu keçərkən onu avtomobil vurub. Uşaq təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisə araşdırılır.