Paytaxtın Yasamal rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Bakı Kənar Dairəvi yolunda baş verib. 60 yaşlı İsfəndiyar Mehdiyev yüksək sürətli şosedə avtomobil yolunu keçmək istəyib. Bu zaman onu minik avtomobili vurub. Nəticədə piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.