Bakıda yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Xətai rayonu, H.Aslanov qəsəbəsi, 7-ci dairəvi küçə ünvanında kirayə yaşayan 16 yaşlı Xatirə Bayrışova martın 21-i saat 16:00 radələrində evdən çıxaraq geri qayıtmayıb. Bu barədə onunla birgə yaşayan qardaşı, 24 yaşlı A. Bayrışov polisə müraciətində bildirib.
X.Bayrışova əslən Yardımlı rayonundandır.
Faktla bağlı Xətai RPŞ-də axtarış işləri aparılır.