Paytaxtın Binəqədi-Novxanı yolunda avtoqəza baş verib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən ərazidə “BMW” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə yolda uzun tıxac yaranıb, 1 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_94592" align="alignnone" width="640"]
Foto apa.az[/caption]