25 oktyabr tarixində keçən gecə paytaxtın 2 rayonunda yol-nəqliyyat hadisələri qeydə alınıb.
Yasamal rayonunda 42 yaşlı Azər Zeynalov yolu keçərkən avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya çatdırılıb.
Nizami rayonu Qara Qarayev prospektində “Toyota” markalı nəqliyyat vasitəsi yük avtomobilinə çırpılıb. Nəticədə birincinin sürücüsü xəsarət alıb. Hadisə şahidlərinin sözünə görə, qəzaya səbəb minik avtomobilini idarə edənin yuxulaması olub.
Hər iki faktlarla bağlı araşdırmalar aparılır.