20 noyabr tarixində Bakıda 2 azyaşlı uşaq bağlı qapı arxasında qalıb. Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.