Bakıda baş vermiş qəza nəticəsində 2 nəfər xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 8 aprel tarixində xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq maneələrə çırpılıb. Hadisə nəticəsində 25 yaşlı Şahmar Fətullayev və 27 yaşlı Ramin Gözəlov xəsarətlər alıblar.
Təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılan yaralılar reanimasiyaya yerləşdiriliblər.
Araşdırma aparılır.