Bakıda hamilə qadın bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Bu haqda APA 11 dekabr tarixində xəbər verib.
Metronun Qara Qarayev stansiyasının yaxınlığında 22 yaşlı Şəbnəm İsmayılova şəxsi mübahisə zamanı əri tərəfindən boğaz və döş qəfəsi nahiyələrindən bıçaqlanıb.
Üç bıçaq zərbəsi alan hamilə qadın yaralı halda xəstəxanaya çatdırılıb.