Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 17 dekabr tarixində Report məlumat verib.
24 yaşlı Nicat Ağayev mübahisə zəminində bıçaqlanıb. O, təcili tibbi yardımın köməkliyi ilə qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.