Paytaxtın Nəsimi rayonunda 29 yaşlı oğlan itkin düşüb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
İslam Rəhimli 9 dekabr tarixində Nəsimi rayonu ərazisində yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. İtkin düşən şəxsin yaddaş pozğunluğu olduğu bildirilir.
Onu görənlərdən DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.