Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 6 yanvar tarixində Report xəbər verib.
Suraxanı dairəsində 6 yanvar səhər saat 06:00 radələrində 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzası baş verib. Məlum olub ki, avtobuslar bir-biri ilə toqquşub. Qəza nəticəsində “Daewoo” markalı avtobusun sürücüsü 32 yaşlı Rəvan Məmmədov sıxılı vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisənin təfərrüatları araşdırılır.