Paytaxt ərazisində hərəkət edən ictimai nəqliyyatlarda 3 nəfər cibgir saxlanılıb. Bu haqda bu gün, 13 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xalidə Hüseynova Nizami rayonu ərazisində 113 nömrəli marşrut xəttinin avtobusunda sərnişinin, içində 3 min manata yaxın pul və 15 min manat dəyərində qızıl-zinət əşyaları olan çantasını oğurlayıb.
Fərid Səfərov və Elçin Hacıyev isə Nərimanov və Nəsimi rayonlarında avtobuslarda insanların sıx olduğu vaxtlarda sərnişinlərin cibindən mobil telefonlar, pul və digər qiymətli əşyalar götürdükləri aşkarlanıb.
Qanun pozuntuları ictimai nəqliyyatların təhlükəsizlik kameralarında lentə alınıb.