Bakıda narkokuryerliklə məşğul olan 3 nəfər saxlanılıb. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Narkotik istifadəçiləri olan Rəsul Məhərrəmli, Elçin Yusifli və Məsmə Məmmədova saxlanılıblar. Onlar narkotik müqabilində narkokuryerliklə məşğul olurdular. Aparılan araşdırma zamanı narkotiki onlara verən Ülvi Tağıyev də saxlanılıb. Onda 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar olunub.
Bundan əlavə, keçirilən digər əməliyyat zamanı narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan Cəfər Yusifzadə tutulub.
Aşkar olunan faktlarla bağlı araşdırmalar davam edir.