Bakının müxtəlif rayonlarında bir sutka ərzində qeydə alınan 3 yol-nəqliyyat hadisəsi nəticəsində 4 piyada xəsarət alıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az məlumat verir.
Sabunçu rayonu, Ramana qəsəbəsində 17 mart saat 23:30 radələrində 11 yaşlı Nuray Məmmədova yolu keçərkən onu avtomobil vurub. Yeniyetmə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Bu gün səhər, saat 07:00 radələrində Yasamal rayonunda avtomobil yolunu keçən 29 yaşlı Lalə Qəhramanova və 14 yaşlı Anara Mirzəyevanı avtomobil vurub. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Daha bir hadisə Suraxanı rayonunda saat 08:00 radalərində qeydə alınıb. Avtomobil 6 yaşlı Məhəmməd Qədirlini vurub. Hadisə yerinə təcili tibbi yardımın briqadası cəlb olunub. Uşaq qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları ilə xəstəxanaya yerləşdirilib.
Hər üç faktla bağlı araşdırmalar aparılır.