Bakıda piyada yol qəzası nəticəsində xəsarət alıb. Hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb. Bu haqda Report 9 dekabr tarixində xəbər verib.
Hövsan qəsəbəsində yolu keçən 33 yaşlı Könül Hüseynovanı avtomobil vurub.
Təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılan yaralıya sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.