Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 23 dekabr tarixində Report.az məlumat verib.
Hadisə Xəzər rayonunda qeydə alınıb. Yolu keçən 37 yaşlı hamilə olan S. Qafarovanı avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Araşdırma aparılır.