Ötən gün Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Bu haqda APA xəbər verib.
Rayonun Xalqlar dostluğu metro stansiyasının yaxınlığında 37 yaşlı Sahib Məmmədov əlbəyaxa dava zamanı naməlum şəxs tərəfindən bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.