Suraxanı rayonunda silsilə oğurluq törədən şəxs saxlanılıb. Bu haqda 12 yanvar tarixində Daxili İşlər Nazirliyi xəbər verib.
Əmircan qəsəbəsində 4 evdən ümumilikdə pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində paytaxt sakini Ramin Qocayev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.