Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində piyada xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 25 may tarixində xəbər verir.
Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində avtomobil yolu keçən 42 yaşlı Quliyeva Aynurə Fərhad qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.