Paytaxtın Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində qadın dəm qazından zəhərlənib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən ünvanda yaşayan 43 yaşlı Gülnarə Qurbanova hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.