Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 4 mart tarixində APA məlumat verib.
44 yaşlı Taleh Əkbərov küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.