Xətai rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.
8 Noyabr prospektində 51 yaşlı Elmar Məmmədovun idarə etdiyi “Volqa” markalı avtomobil eyni istiqamətdə olan “BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna çarpılıb.
Daha sonra idarəetmədən çıxan “Volqa” hərəkətdə olan “Mazda”, “BMW” və hərəkətsiz dayanan “Ravon” markalı maşınlara çarpılaraq dayanıb.
Zərbənin təsirindən “Ravon” qarşısında hərəkətsiz vəziyyətdə dayanan “Kia” markalı avtomobilə dəyib.
Qəza nəticəsində “Volqa”nın sürücüsü E.Məmmədov və sərnişini xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
[URIS id=76402]