Bakıda naməlum şəxs bankın qarşısında 62 yaşlı kişiyə hücum edib. Bu haqda 24 dekabr tarixində Report xəbər verib.
Nizami rayonunda naməlum şəxs banklardan birinin qarşısında Ellər İmanova hücum edib. Həmin şəxs İmanova küt alətlə xəsarət yetirib. Yaralı üz, baş nahiyələrində çoxsaylı əziklər və kəsiklərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.